Bu erməni deputat da mandatından istefa verib

Suren Qriqoryan istefa ərizəsi yazdığını bildirib
Yenixeber.org: Ermənistan Parlamentinin hakim “Mənim Addımım” blokundan olan deputatı Suren Qriqoryan mandatından istefa verib. Erməni mediası bildirir ki, deputat istefa ərizəsi təqdim etdiyini təsdiqləyib.
Ədliyyə nazirinin müavini təyin ediləcəyinə dair məlumatlara toxunan Qriqoryan bu cür təyinatların Baş nazir tərəfindən edildiyini söyləyib: “Belə bir qərar olarsa, məlumat veriləcək”.
Eyni zamanda, Qriqoryan ona nazir müavini vəzifəsini tutmağı təklif edilib-edilməməsinə şərh verməyib.
Qeyd edək ki, bundan əvvəl də Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu “Mənim Addımım” blokuna daxil olan deputatlar istefa veriblər.









AZ
RU