Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Banqladeşdə qaçqın düşərgəsində yanğın zamanı 15 nəfər ölüb -400 nəfər itkin düşüb

Banqladeşdə qaçqın düşərgəsində yanğın zamanı 15 nəfər ölüb, 400 nəfər itkin düşüb

Banqladeşin Koks-Bazar şəhərindəki "Balukhali" qaçqınlar düşərgəsində baş verən yanğn zamanı azı 15 insan həlak olub, daha 400 nəfərin taleyi naməlumdur.

Yenixeber.org: “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Banqladeşdəki nümayəndəsi Yohannes Van der Klaauv bildirib.

"15 nəfər yanğının qurbanı oldu, daha 560 nəfər zərər çəkdi. Azı 10 min yaşayış obyekti yandı, buna görə də azı 45 min insan evsiz qalıb. Daha əvvəl Banqladeşdə qaçqınların düşərgələrində belə genişmiqyaslı yanğınlar baş verməyib", - Klaauv deyib.

Klaauv düşərgədəki yanğını dağıdıcı kimi xarakterizə edib. O, qeyd edib ki, regionda BMT-nin briqadaları işləyir.

BMT rəsmisinin özlərinə görə, hadisə zamanı həmçinin klinikalar və bölgü mərkəzləri yararsız vəziyyətə düşüb.

Banqladeş hakimiyyəti düşərgədəki yanğının başvermə səbəbləri haqqında araşdırmaya başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam