Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

SOCAR -Hava şəraiti ilə əlaqədar dənizdə təhlükəsizlik tədbirləri gücləndirilir

SOCAR: Hava şəraiti ilə əlaqədar dənizdə təhlükəsizlik tədbirləri gücləndirilir

Martın 11-13-də hava şəraitinin dəyişəcəyinə, açıq dənizdə küləyin sürətinin arabir tufan həddinə çatacağına dair proqnozla əlaqədar SOCAR-ın dəniz mədənlərində yüksək dərəcəli təhlükəsizlik tədbirləri həyata keçirilib.

Yenixeber.org: Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, son dövrdə dəniz özül və konstruksiyalarının gücləndirilməsi nəticəsində infrastrukturun sabitliyi və dalğalara qarşı davamlılığı daha da artırılıb: “Əvvəlcədən görülmüş tədbirlərlə yanaşı, işçilərin təhlükəsizliyini maksimum səviyyədə təmin etmək üçün bir sıra obyektlərdən əməkdaşların təxliyyəsi həyata keçirilir”.

Məlumatda qeyd edilir ki, hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib: “Mümkün fövqəladə vəziyyətin qarşısını almaq üçün digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam