Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İrəvanda qarşıdurma… –Müxalifət tərəfdarları polislə toqquşdu +VİDEO

Martın 9 -da Baqramyan prospektində keçirilən mitinqdə “Vətənin xilası” müxalif hərəkatının baş nazirliyə vahid namizədi Vazgen Manukyan etirazçıları parlamentə gedən bütün yolları bağlamağa çağırıb.

Yenixeber.org: Manukyan deyib ki, bu, deputatların parlament binasına daxil olmasının qarşısını almaq üçün edilməlidir. Onun bu bəyanatından sonra polislə müxalifət tərəfdarları arasında toqquşma başlanıb.

Buna baxmayaraq, mitinq iştirakçıları parlament binasına Dəmirçiyan küçəsindən girişi bağlaya biliblər.

Hərəkatın koordinatoru İşxan Saqatelyan deyib ki, onlar Milli Məclisin ərazisinə daxil olmaq niyyətində deyillər. O etirazçıları təxribata uymamağa çağırıb.

Mitinqdə gərginlik prezident Armen Sarkisyanın silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair fərmanı Konstitusiya Məhkəməsində mübahisələndirmədiyi məlum olandan sonra artıb.

Bundan əvvəl baş nazir Nikol Paşinyan baş qərargahı çevriliş cəhdində ittiham etmiş və Onik Qasparyanın vəzifəsindən çıxarılması barədə fərmanı prezident Armen Sarkisyana göndərmişdi.

Armen Sarkisyan fərmanı imzalmaqdan iki dəfə imtina etsə də, bu sənədə baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət etməyib. Vazgen Manukyan deyib ki, gərginliyi məhz prezidentin hərəkətsizliyi yaradıb.

“Vətənin xilası” hərəkatının tərəfdarları artıq 10 gündür ki, Baqramyan prospektinin bir hissəsini bağlayıblar. Bu hərəkata daxil olan partiyalar baş nazir Nikol Paşinyanı ölkənin Qarabağ Müharibəsində uğradığı məğlubiyyətə görə ittiham edirlər.

“Vətənin xilası” hərəkatı baş nazirin və hökumətin istefasını və Vazgen Manukyanın başçılığı ilə müvəqqəti hökumətin yaradılmasını tələb edir. Vazgen Manukyan və onun partiyası növbəti seçkiyə qatılmayacağını vəd edib.

Nikol Paşinyan və onun komandası erkən seçki keçirilməsinə qarşı olmasa da, seçkisiz hər hansı hökumətin yaradılmasını istisna edirlər. Müxalifət Nikol Paşinyanın baş nazirliyi şəraitində seçkiyə getməkdən imtina edir.

Azadliq.org

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam