Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİN Bakıda əməliyyat keçirdi -SAXLANILANLAR VAR

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Zeynalov saxlanılmışdır.

Yenixeber.org: Bu barədə DİN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan 36 qramdan artıq heroin, 30 qrama yaxın metamfetamin, 47 qramdan artıq marixuana, 10 ədəd metadon həbi, narkotik vasitənin satışından əldə olunmuş 125 manat pul aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 4 kiloqram 702 qramdan artıq heroin, 1 kiloqrama yaxın metamfetamin, 1 kiloqrama yaxın marixuana, 940 qram həşiş, 193 qramdan artıq tiryək, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunmuş 24.000 ABŞ dolları götürülmüşdür.

İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş A.Musayev və Bərdə rayon sakini M.Əliyev paytaxtın Nərimanov rayonu ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı M.Əliyevdə 955 qram heroin və 200 qram metamfetamin, A.Musayevdən isə 15 qrama yaxın metamfetamin aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə A.Musayevin yaşadığı evə baxış zamanı oradan 630 qram tiryək və 1 ədəd elektron tərəzi götürülmüşdür. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam