Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Neft kəskin bahalaşıb

 

                           Dünya bazarında “qara qızıl” ın qiyməti kəskin bahalaşıb.

Yenixeber.org: Martın 4-də OPEC+ formatının iştirakçısı olan 23 ölkənin nazirləri arasında keçiriləcək görüş zamanı neft hasilatının həcmini artırmaqdan imtina ediləcəyinə dair xəbərlər və ABŞ-da yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiyada irəliləyişin olması neftin qiymətinə təsir edib.

Bakı vaxtı ilə saat 20:45-ə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının may fyuçerslərinin qiyməti 1,99% artaraq bir barel üçün 63,95 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçerslərinin dəyəri isə 2,59% artaraq 61,30 dollar/barelə çatıb.

İsveçrənin “Julius Baer” bankının analitiki Norbert Ruker bildirib ki, car ilin ortalarında neft qiymətləri müvəqqəti olaraq 70 ABŞ dollarını keçəcək.

Bundan başqa ABŞ-da xammal ehtiyatlarının gözlənilmədən artması barədə məlumatları da bazarlara güclü təsir göstərə bilməyib. Çünki ABŞ Energetika Nazirliyinin rəsmi məlumatlarına görə, ehtiyatlar mart ayından bəri minimuma enib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam