Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəhid ailələri və qazilərin mənzillə təminatı -5 dəfəyə yaxın genişlənəcək

Şəhid ailələri və qazilərin mənzillə təminatı 5 dəfəyə yaxın genişlənəcək
Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır.
Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2018-ci ildə nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50% çox olmaqla 934 mənzil və fərdi ev verilib.

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə əvvəlki illə müqayisədə 70%-ə yaxın çox olmaqla 1572 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

2021-ci ildə isə 2018-ci ilə nisbətən bu proqram 5 dəfəyə yaxın genişlənəcək. Bu il 3 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim ediləcək. Ümumilikdə bu vaxta qədər 9200-dək mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam