Vətən Müharibəsi vaxtı adına Şuşa fatehi deyilənlərdən biri də Nicat Qasımzadədir.
Yenixeber.org: Qasimzadə Nicat Höccət oğlu 10 noyabr 2000-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007-ci ildə həmin kəndin şəhid Ənvər Rəhmətov adına 28 saylı orta məktəbinin 1-ci sinfinə daxil olub.
Məktəbi bitirdikdən sonra imtahan verərək Tovuz Dövlət Sosial İqtisadi kollecinə qəbul olub. Kollecdə oxumaq istəməyib. Məqsədi əsgərliyi bitirib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmaq olub. 2019-cu il yanvarın 3-də hərbi xidmətə yola düşüb. 3 ay müddətinə Goranboyda N saylı hərbi hissədə xidmət edib. Bundan sonra Ağdama göndərilib. Xidməti dövründə seçilən əsgər olub. Ağdamda 3 ay artilleriya manqa komandiri olub. Yüksək atıcılıq qabiliyyətinə yiyələnən Nicat pulemyot atıcısı olub. Xidmətinin bitməsinə 2 ay qalmış kiçik çavus rütbəsi alıb.
Gənc Şuşa fatehi Nicat Qasımzadə ilə bağlı məlumatı Yeniavaz.com-a bacısı Fidan Qasımzadə verib:
"Nicat əsgərliyini başa vurub gələndə çox sevindik, elə bildik qardaşım bir dəfəlik evimizə qayıtdı. Sevincimiz uzun çəkmədi. Heç 3 ay tamam olmamış 21 sentyabr 2020-ci ildə qismən səfərbərliklə 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün çağrıldı. Füzuli, Cəbrayıl, Şuşa uğrunda geden döyüşlərdə iştirak edib.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/2/27/1/08169b57-f760-428f-aea8-6f2cc3dda6c4/nicat-qasimzade.jpg)
Fatma xanım deyir ki, qardaşı hələ kiçik yaşlarından qəhrəmanlıq göstərmiş şəhidlərə baxaraq böyüyüb. Özü də onlar kimi olacağına söz verib:
"Həmişə dayımız oğlu ilə "mən şəhid olacağam" deyə dalaşırdılar. İmam Hüseyn aşiqi idi. Ziyarətinə getmək istəyirdi. Rəbbim özünü də şəhidlik mərtəbəsinə ucaltdı".
Nicat noyabrın 9-dan 10-na keçən gecə müharibənin bitməsinə saatlar, bəlkə də saniyələr qala ad günündə Şuşada ürəyindən aldığı qəlpə yarası ilə şəhid olub.
Nicatın bacısı deyir ki, o, noyabrın 10-u şəhid olsa da, bu xəbər onlara 12-si səhər çatdırılıb:
"Xəbəri eşidəndə dünyamız başımıza uçdu. Qardaşımla anam sonuncu dəfə noyabrın 3-ü danışmışdı. Anam dedi ki, "oğul balam, hələ sənin ayaqlarının yarası sağalmamışdı. Bir az ehtiyatlı ol. O da dedi ki, ana, sənin 3 qızın yox idi, 2 qızın var idi. Mən əlimdən gələni əsirgəməyəcəyəm. Rəbbim alnıma nə yazıbsa, onu yaşayacağam. Görüşərik.
O bizdən harada vuruşduğunu gizlətdi. Elə deyirdi ki, narahat olmayın, hər şey yaxşıdır. Orada onunla vuruşan dostları deyirdi ki, Nicat bizi neçə dəfə ölümdən xilas edib. Qardaşım dediyi kimi də etdi, evimizə gəldi, amma sağ yox, şəhid kimi gəldi. Hər evə nəsib olmayan bayrağa sarılmış tabutda gəldi. Qardaşım istədiyi zirvəni fəth etdi, amma bizim gözlərimizi yaşlı qoydu. Məqamı ucadır, ayrılığı isə cox çətindir. Doya-doya qucaqlaya bilmədik qaqamı, isti nəfəsinə həsrət qaldıq. Məkanın cənnət olsun qardaşım".
Qeyd edək ki, Nicat Qasımzadə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/2/27/1/d268f144-c2ad-4661-8303-e3945026cbf6/nicat-qasimzade1_637500254313625222.jpg)