Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıya 12 saatdır qar yağır -yollarda hərəkət çətinləşib

Bakıya 12 saatdır qar yağır, yollarda hərəkət çətinləşib

Ötən gün axşam saatlarından müşahidə olunan qarlı və çovğunlu hava şəraiti Bakıda hərəkəti çətinləşdirib.

Yenixeber.org: 12 saatdan artıqdır yağmağa davam edən qar və şaxtalı hava şəraiti yolların buz bağlamasına səbəb olub.

Bəzi ərazilərdə avtomobil qəzaları baş verib.

Müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılsa da, yolların buz bağlaması bəzi problemlərə yol açıb. Belə ki, nəqliyyat vasitələrinin hərəkətində gecikmələrlə müşahidə olunan problemlər yaranıb.

Paytaxt sakinlərinin qarlı və çovğunlu hava şəraitində dayanacaqlarda saatlarla avtobus və ya taksi gözləmələri onların narazılığına səbəb olub.

Bundan başqa, paytaxtda fəaliyyət göstərən məktəblərdə də şagirdlərin dərsə davamiyyəti aşağı düşüb, bir çoxunda isə tədris təxirə salınıb.

Qeyd edək ki, ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı ilə barədə xəbərdarlıq edib. Xidmətin fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən, qarlı və çovğunlu hava şəraiti sabah da davam edəcək.

Bakı Nəqliyyat Agentliyi isə qarlı-çovğunlu hava şəraiti ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinin çətinləşdiyi, tıxacların yarandığı barədə məlumat yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam