Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gələn aydan quraşdırılacaq sayğaclarda kredit qaz həcmi -2 dəfə artırılır

Gələn aydan quraşdırılacaq sayğaclarda kredit qaz həcmi 2 dəfə artırılır

Mart ayından etibarən dövlət yoxlanışı məqsədi ilə açılaraq götürülən qaz sayğaclarının yerinə quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclardan istifadə edəcək abonentlərə yeni imkanlar yaradılacaq.

Yenixeber.org: Bu barədə Azərbaycan Dövlət Neft şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, mart ayından yeni quraşdırılacaq əvvəlcədən ödənişli sayğaclarda 20 kubmetr həcmində kredit almaq mümkün olacaq. Bu günə qədər istifadədə olan əvvəlcədən ödənişli qaz sayğaclarında bu həcm 10 kubmetrə bərabər idi.

Abonentlər bəzən qaz sayğacında qaz həcmi bitdiyi zaman növbəti dəfə kartın balansını artırana qədər müvəqqəti olaraq məhz bu kredit qaz həcmi hesabına ehtiyaclarını ödəyir. Həm sosial şəbəkə, həm də ümumi müraciətləri nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyi gələn aydan etibarən istismara veriləcək əvvəlcədən ödənişli qaz sayğaclarında bu imkanın proqramlaşdırılmasına qərar verib. Hesab edirik ki, bu addım, abonent məmnuniyyəti üçün əhəmiyyətli olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam