Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azəriqaz”:Qazın həcmi rekord həddə çatıb

“Azəriqaz”: Qazın həcmi rekord həddə çatıb
“Azəriqaz” İstehsalat Birliyinin abonentlərin təbii qazla təminatı üçün qəbul etdiyi qazın həcmi rekord həddə çatıb.
Yenixeber.org: Birlikdən bildirilib ki, ilk dəfədir noyabrda belə göstərici qeydə alınır. Belə ki, noyabrın 23-də birlik üzrə cəmi qəbul olunan qazın həcmi 32 milyon 994 min kub metrdən çox olub. Bundan Bakı və Abşeron yarımadasının payına 18 milyon 295 min kubmetr, regionların payına isə 14 milyon 699 min kubmetr düşüb. Ötən il noyabr ayının 23-də “Azəriqaz” İB üzrə cəmi qaz qəbulu 25 milyon 529 min kub metr olub. Həmin dövrlə müqayisədə gündəlik artım 7 milyon 465 min kubmetr təşkil edib. O cümlədən, Bakı və Abşeron yarımadası üzrə keçən ilin eyni günü ilə müqayisədə artım 2 milyon 939 min kubmetr, regionlar üzrə isə 4 milyon 526 min kubmetr olub.

Noyabrın 22-i ilə müqayisədə ötən gün 1 milyon 526 min kubmetr çox qaz qəbul olunub. Ayın 22-də "Azəriqaz" üzrə cəmi qaz qəbulu 31 milyon 468 min kubmetrə bərabər təşkil edib.

Qeyd edək ki, soyuq aylarda qaz sərfiyyatının gündəlik olaraq 35 milyon kubmetri keçməyəcəyi proqnozlaşdırılırdı. Lakin mövcud vəziyyət gözləntilərdən fərqli rəqəmlərin ortaya çıxacağına ehtimal yaradır. Buna baxmayaraq “Azəriqaz” İB qışa hazırlıqla bağlı önləyici tədbirləri də diqqətdə saxlayıb. Ona görə də qaz təchizatında hər hansı bir problemin yaranmaması, rejimlərə uyğun normal qaz təminatının həyata keçiriləcəyinə çalışılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam