Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Bayden Trampın bəraət almasından danışdı

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın üsyana təhrik ittihamı ilə Senat tərəfindən bəraət almasının "şübhə" doğurmadığını bildirib.

Yenixeber.org: “RİA Novosti” bildirir ki, bu barədə Ağ Ev tərəfindən yayılan Baydenin yazılı açıqlamasında qeyd olunub.

Şənbə günü ABŞ Konqresinin yuxarı palatası keçmiş dövlət başçısına impiçment vermək üçün lazımi səslərin üçdə ikisini (100 senatordan ən azı 67) ala bilməyib.

Açıqlamada qeyd olunur ki, yekun səsvermə mühakimə olunmasa da, ittihamların mahiyyəti mübahisədən kənardır.

Bayden bir daha Kapitoliyadakı hücumu ABŞ tarixindəki "kədərli bir səhifə" olduğunu söyləyib. O, "Amerikada şiddət və ekstremizmə yer olmamalı" olduğunu xatırladıb.

Bundan əlavə, ABŞ prezidenti Trampın impiçmentinə səs verən 57 senatordan yeddisinin onunla eyni partiyada təmsil olduğunu da xüsusi vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam