Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəmkirdə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi-RƏSMİ

Şəmkir rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının əməkdaşı İsmayılov Həsənağa İsmayıl oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında araşdırma aparılıb.

Yenixeber.org: Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, aparılmış araşdırmalarla ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının Sosial sığorta sektorunun baş məsləhətçisi işləmiş İsmayılov Həsənağa İsmayıl oğlunun Şəmkir rayonu, Bayramlı kənd sakini Məmmədova Aynurə Vahid qızına ünvanlı sosial yardım düzəldərək əvvəlcədən aralarında razılaşdıqları kimi təyin edilmiş ünvanlı sosial yardımın 6 aylıq ödənişi miqdarında olan 1200 manat pulu hissə-hissə olmaqla rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam