Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirlər təlimlərdə istifadə olunan silahlara baxdı-FOTO

               

                    Bu, Türkiyə Milli Müdafiə Nazirliyinin görüntülərində öz əksini tapıb.

Yenixeber.org: Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021” təlimlərini izləyən Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov daha sonra təlimlərdə istifadə olunan silahlara baxış keçiriblər.

Nazirlərlə yanaşı Azərbaycan müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayev də silahları nəzərdən keçirib.

Daha sonra rəsmilər təlimlərin xəritəsi ilə tanış olublar.

Qeyd edək ki, fevralın 1-də Qars şəhərində "Qış təlimi-2021" adlı Türkiyə-Azərbaycan birgə təlimləri başlayıb. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimləri izləmək üçün bu şəhərə gedib. Bu gün Z.Həsənov və türkiyəli həmkarı Hulusi Akar təlimlərin Müşahidəçi günündə iştirak ediblər. Fevralın 12-də başa çatacaq təlimlərin məqsədi birgə əməliyyatların keçirilməsi vaxtı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silahlandırılmanı və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam