Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Siyavuş Novruzov -“Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar”

Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətinin olmadığını və jurnalistlərin yanlış məlumat yaydığını bildirib.

Yenixeber.org: S.Novruzov modern.az-a açıqlamasında deyib ki, onun Daxili İşlər Nazirliyilə hər hansı problemi yoxdur:

“Daxili İşlər Nazirliyi həm pandemiya dövründə, həm də Vətən Müharibəsi zamanı fədakarlıq göstərən güc strukturlarından biridir. Orada çalışanların hamısını dost hesab edirəm. Onlar pandemiya dövründə, demək olar ki, iki cəbhədə uğurlu fəaliyyət göstərdilər.

Mənim Daxili İşlər Nazirliyini məhkəməyə verməklə bağlı bir fikrim yoxdur. Xəbəri yayan KİV əməkdaşları mənə bunu sübut edə biləcək hər hansı sənəd göstərə bilərlərmi?

Heç bir məhkəmədən söhbət gedə bilməz. Mən Milli Məclisdəki çıxışlarım zamanı da həm karantin, həm də Vətən müharibəsi dövründə Daxili İşlər Nazirliyinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirmişəm, öz minnətdarlığımı bildirmişəm”.

Siyavuş Novruzov jurnalistləri onu rahat buraxmağa, belə qeyri-dəqiq məsələlərlə bağlı narahat etməməyə çağırıb. O, siyasi məsələlərdən artıq uzaq durduğunu da qeyd edib:

“Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam