Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Mingəçevirdə narkotiklə  saxlanılan şəxsin -digər cinayət əməli də üzə çıxıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini Zaur Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar olunub. Ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun digər cinayət əməli də üzə çıxıb. Belə ki, Z.Hüseynovun şəhər ərazisində vətəndaşa məxsus qarajdan 4 ədəd velosipedi oğurlayaraq satdığı müəyyən edilib. Satdığı velosipedlər həmin şəxslərdən götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, şübhəli şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam