Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hərbçilərimiz rus sülhməramlılarına yerini göstərdi, ermənilər geri qaytarıldı... -VİDEO

Hərbçilərimiz rus sülhməramlılarına yerini göstərdi, ermənilər geri qaytarıldı...

Xankəndidən Kəlbəcərdə yerləşən Xudavəng monastrına gəlmək istəyən ermənilər əraziyə buraxılmayıb.

Yenixeber.org: Erməni mənbələr səfərin Rusiya sülhməramlılarının müşayiəti ilə həyata keçirildiyini yazır.


Sülhməramlıların müşayiəti ilə Xankəndidən Kəlbəcərə doğru yola çıxan erməniləri Azərbaycan hərbçiləri dayandırıb və bildiriblər ki, səfər haqqında öncədən məlumat verilməlidir. Bunu etmədikləri üçün keçidə icazə verə bilməzlər.

Ermənilər keçid icazəsi almaq üçün 3 saat gözləyib, lakin yenə də əraziyə daxil ola bilməyiblər. Daha sonra onlar Xankəndiyə qayıdıb.

Müharibədən sonra Azərbaycan ermənilərin Xudavəng monastrında ibadət etməsinə icazə verir, lakin bu haqda əvvəlcədən xəbər vermək lazımdır. İndiyə qədər monastrı ziyarət edən ermənilərin təxribat xarakterli addımları müşahidə olunub, bununla yanaşı, monastr ətrafında rus sülhməramlılarının da funksiyasından kənar, ermənilərin xeyrinə fəaliyyəti ilə qarşılaşmışıq. Burada diqqətçəkən əsas məqam Azərbaycan hərbçilərinin rus sülhməramlılarına rəğmən, erməniləri əraziyə buraxmamasıdır.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından sonra bu, artıq rus sülhməramlıların bölgədə indiyə qədər istədiklərini edə bilməməsinin növbəti nümunəsidir. Bir neçə gün öncə Fransadan olan jurnalistlərin Ermənistanın icazəsi ilə Xankəndiyə baş çəkmək istəyinin qarşısı alınıb, onlara “bura Azərbaycan torpağıdır, icazəni Bakıdan almalısınız” deyilib. Xudavəngə icazəsiz gəlişin qarşısının alınması da bu prosesin davamı hesab oluna bilər.

Türkiyə hərbçilərinin gəlişindən sonra əli güclənən Azərbaycan müharibədən sonra baş verən xoşagəlməz hallara imkan vermir.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam