Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Gəncədə -Xatirə kompleksi və yeni binalar nə vaxt tikiləcək?

Gəncədə Xatirə kompleksi və yeni binalar nə vaxt tikiləcək?
Gəncədə erməni terroru nəticəsində dağıdılmış evlərin yerində Xatirə Kompleksinin salınması layihə olaraq qalır, hələlik bu işlə bağlı konkret nəticə yoxdur. Düşünürük ki, tezliklə layihələnmə işi başa çatacaq və Heydər Əliyev prospekti yaxınlığında, Qələbə parkının ərazisində Xatirə Kompleksi quraşdırılacaq.
Yenixeber.org: Bunu Milli Məclisin Gəncədən seçilən deputatı Naqif Həmzəyev deyib. O bildirib ki, artıq Qələbə parkının ərazisində Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təmir-bərpa işləri həyata keçirilib, park hazırda işlək vəziyyətdədir.

“Parkın yaxınlığında dağıdılmış ərazilərdə layihələnmə başa şatdıqdan sonra muzey, xatirə kompleksi salına biləcək. Kompleksdə nümayiş etdiriləcək xüsusi eksponatlar toplanılıb. Dağıntılar altından çıxan uşaqların oyuncaqları, dərs vəsaitləri, kül olmuş əşyalar və ya mətbəxdən çıxan əşyalar, albomlar saxlanılır. Onlar tikiləcək Muzey-Xatirə Kompleksdə nümayiş etdiirləcək. Bu, şəhərə gələn qonaqlara və gələcək nəsillərə informasiya ötürmək üçün yaxşı vəsait olacaq”.

Deputat qeyd edib ki, Muxtar Əliyev küçəsində raket zərbəsi nəticəsində dağıdılan ərazidə təmizlənmə işləri artıq yekunlaşmaq üzrədir.

“Orada təmir-bərpa mümkün olan evlərdə işlər davam edir. Tamamilə yararsız hala düşmüş evlərin əvəzinə həmin əraziyə yaxın yerlərdə yeni binalar tikiləcək. Həmin vətəndaşlar yeni binalarda mənzillərlə təmin ediləcək.

Hadisənin baş verdiyi ilk gündən başlayaraq Gəncə Şəhər İcra Hakimiyyəti və digər aidiyyatı qurumlar tərəfindən vətəndaşların kirayə evlərdə qalması, geyim və ərzaq almaları üçün köməklik göstərilib. Bu proses davam edir. Vətəndaşların bir hissəsi Aqrar Universitetin yataqxanasında məskunlaşdırılıb. Aidiyyatı qurumlar istəyir ki, proses tez zamanda yekunlaşsın ki, insanlar yeni evlərə köçsünlər. Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncam və ayrılmış vəsaitlər nəticəsində vətəndaşlara məişət əşyalarının alınması üçün birdəfəlik yardımlar edilib”.

N.Həmzəyev qeyd edib ki, bərpa işləri Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir, yerli şirkətlər bu işə cəlb olunub.

“Burada istəyə uyğun olaraq daha çox bina evləri tikiləcək. İnsanlara verilən evlərin kvadrat metri daha çox olacaq. Məsələn, evləri 4 otaq idisə, indi 5 otaqlı veriləcək. Əgər kimlərsə həyət evinin tikilməsini təkid edirsə, komissiya tərəfindən baxılacaq. Müasir dövrün tələblərinə uyğun kompleks binanın tikilməsi nəzərdə tutulur ki, bütün vətəndaşlar orada yerləşdirilsin. Bu iş daha sürətlə başa çatacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam