Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Dağıdılmış yerlər turistlərə nümayiş etdiriləcək” -Dövlət Agentliyi

“Dağıdılmış yerlər turistlərə nümayiş etdiriləcək” -  Dövlət Agentliyi
“Azad ounmuş ərazilərdə işğalın acı nəticələrini çılpaq şəkildə göstərmək üçün bəzi tikililəri dağıdılmış halda saxlayacağıq ki, daxili və xarici auditoriyaya erməni vəhşilikləri, vandalizmi nümayiş olunsun”.
Yenixeber.org: Bunu Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.

Agentlik rəsmisi bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu istiqamətdə planlaşdırma işləri aparılır.

“Müxtəlif ölkələrdə belə təcrübə var. Buna “Qara turizm” deyilir. Bu, dağıdılmış yerlərin göstərilməsi məqsədi daşıyır. Yəni, oradakı məhəllələr və digər dağıdılmış ərazilər olduğu kimi qalacaq və turistlərə nümayiş etdiriləcək. Əlbəttə, bu, yaddaş məsələsidir, işğalın nəticələrinin nümayişi, beynəlxalq aləmə çatdırılması vacibdir. Bu istiqamətdə tapşırıqlar var və planlaşdırılma işləri aparılır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə bir sıra vacib məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, şəhərlər bərpa olunarkən dağıdılmış yerlər qalmalıdır.

"Hesab edirəm ki, azad olunmuş bütün şəhərlərdə işğal muzeyləri də yaradılmalıdır. Memorial komplekslərlə, bizim Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır. İndidən bu muzeylərin konsepsiyasını işləyin. Bu muzeylərdə Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsi əks olunmalıdır. Eyni zamanda, hər bir şəhərin, hər bir rayonun öz təqdimatı orada göstərilməlidir ki, həm Azərbaycan vətəndaşları bunu heç vaxt unutmasınlar, həm də xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas etmişik", - deyə Prezident çıxışında vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam