Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsrail -mart ayından sərhədləri açır

İsrail mart ayından sərhədləri açır

İsrail 2021-ci ilin mart ayından beynəlxalq turizmi bərpa edəcək, iki mərhələdə peyvənd olunan və “yaşıl pasport” alan yerli sakinlər karantinə salınmadan və PZR testindən keçmədən sərbəst səyahət edəcəklər.

Yenixeber.org: “RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin turizm nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Artıq Kipr ilə razılaşma əldə olunub. Fevralın 8-də isə Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin turizm mübadiləsinin bərpa ediləcəyi şərtləri müzakirə etmək üçün İsrailə gələcəyi gözlənilir. Hazırda isə Serbiya, Seyşel adaları, Rumıniya və Gürcüstanla da oxşar danışıqlar aparılır.

“İsrail əhalinin peyvəndlənmə tempi baxımından mütləq dünya lideridir. Fevralın 4-nə olan məlumata görə, ölkənin bütün vətəndaşlarının 37%-i koronavirus peyvəndinin ilk dozasını, 21%-i isə ikinci dozanı da qəbul edib. Gələcəyə nikbin baxırıq və sərhədlərin 2021-ci ilin ortalarında tam açılacağını gözləyirik”, - İsrailin Turizm Nazirliyinin Rusiya və MDB Departamentinin direktoru Vladimir Şklyar deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam