Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Keçmiş bankirlərə -“Azərpoçt”da vəzifə verilib

Keçmiş bankirlərə “Azərpoçt”da vəzifə verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də iki yeni direktor müavini təyin edilib.

Yenixeber.org: Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə Cəlilov Əfqan Süleyman oğlu və Süleymanov Nazim Süleyman oğlu qurumun direktor müavinləri təyin edilib. Beləliklə müavinlərin sayı 5-ə çatdırıldı.

Ə.Cəlilov 1978-ci ildə Bakı şəhərində anadan olub.O, 2002-2005-ci illərdə Milli Bankın Bazar Əməliyyatları departamentində çalışıb. 2005-2013-cü illərdə “AGBank” Açıq Səhmdar Cəmiyyətinin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə Nəzarəti üzrə Baş direktor vəzifəsində işləmişdir. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016-2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.

N.Süleymanov 1958-ci ildə Cəbrayıl rayonunun Cəbrayıl qəsəbəsində anadan olub. O, 1993-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında baş iqtisadçı, Azərbaycan Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankında aparıcı iqtisadçı, idarə rəisinin müavini, Beynəlxalq bank əməliyyatları idarəsinin rəisi, Beynəlxalq bank əməliyyatları departamentinin direktoru, Birləşmiş İnvestisiya Səhmdar Bankında Beynəlxalq əməliyyatlar departamentinin direktoru, Birləşmiş Universal Səhmdar Bankında Əməliyyatlar blokunun baş direktoru, "AtaBank" Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müavini vəzifələrində işləyib. 2006-2019-cu illərdə "Azərpoçt" MMC-də çalışıb. 2019-cu ildə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini təyin olunub.

Cəlilov Əfqan
Cəlilov Əfqan
Süleymanov Nazim
Süleymanov Nazim

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam