Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Müğənni Röyanın vaksin vurdurmasına Nazirlikdən REAKSİYA: -"Tədbir görülməlidir"

Son günlər sosial şəbəkədə tibb işçisi və risk qrupuna daxil olmayan şəxslərə koronavirusa qarşı peyvənd vurulması ilə bağlı məlumatlar paylaşılır.

Yenixeber.org: Belə ki, xalq artisti Röya Ayxan şəxsi “Instagram” səhifəsində könüllü olaraq peyvənd olunduğunu bildirib. 

Belə faktlar haqlı olaraq cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Paytaxt üzrə vaksinasiya prosesinə Səhiyyə Nazirliyi nəzarət etdiyi üçün qurumdan bildiriblər ki, bu məsələdə məsuliyyət həmin klinikaların öz üzərinə düşür:

“Belə ki, özəl klinikalar müəssisələrində çalışan tibb işçilərinin sayını təqdim etməklə müvafiq sayda peyvənd alırlar. Lakin alınan peyvəndlərin tibb işçilərinə və ya digər şəxslərə vurulub-vurulmaması ilə bağlı məsuliyyət Səhiyyə Nazirliyinə deyil, birbaşa həmin klinikaların üzərinə düşür. Vaksinasiya prosesi müvafiq qaydalara əsasən mərhələli şəkildə aparılmalıdır. Artıq o peyvəndlərin növbədən kənar şəkildə istifadəsi müşahidə olunursa bununla bağlı müvafiq qurumlar araşdırma aparmalı və nəticələrə uyğun şəkildə tədbir görməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam