Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

“Gürcü Arzusu” -51 müxalif deputatın mandatının ləğvini dəstəkləməkdən imtina edib

“Gürcü Arzusu” 51 müxalif deputatın mandatının ləğvini dəstəkləməkdən imtina edib

“Gürcüstanın hakim Gürcü Arzusu Partiyası müxalifəti təmsil edən 51 deputatın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması məsələsini dəstəkləməkdən çəkinəcək”.

Yenixeber.org: Bunu partiyanın sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, bu gün parlamentdə üç siyasi partiya təmsil olunub və daha 20 müxalif deputatın parlamentə daxil olmaq niyyəti var. İ.Kobaxidze müxalif millət vəkillərinə qanunverici orqanda kürsülərini tutmaq üçün daha bir imkanın verildiyini deyib.

Qeyd edək ki, bu gün X çağırış Gürcüstan parlamentinin yaz sessiyasının ilk iclası keçiriləcək. Toplantıda 51 deputatın mandatlarının ləğvi ilə bağlı məsələ müzakirə olunacaq. Millət vəkilləri parlament seçkilərini qeyri-legitim hesab etdiklərindən səlahiyyətlərinin dayandırılması ilə bağlı ötən ilin dekabrında qanunverici orqana müraciət ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam