Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Azərbaycandan Qazaxıstana -pomidor ixracı bərpa olunub

Azərbaycandan Qazaxıstana pomidor ixracı bərpa olunub

Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına ixrac olunan pomidor məhsullarına tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ardıcıl tədbirləri davam etdirilir.

Yenixeber.org: Agentlikdən verilən məlumata görə, məsələ ilə bağlı AQTA və aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumları arasında aparılan danışıqlar, həmçinin Agentliyin mütəxəssisləri tərəfindən müxtəlif təsərrüfatlardan, yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə qonur qırışıqlıq virusu və digər viruslar aşkar olunmadığını əks etdirən sübutlara əsasən 29 yanvar 2021-ci il tarixindən bu ölkəyə pomidor ixracı ilə məşğul olan 40 müəssisəyə ixrac üçün icazə verilib. Eyni zamanda sözügedən virusun bir sıra dünya ölkələrində yeni karantin tətbiq olunan zərərli orqanizm kimi müəyyən olunması nəzərə alınaraq bu virusun tədqiqi ilə bağlı hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması ilə bağlı qarşılıqlı razılıq əldə olunub.

Bildirilir ki, ixrac üçün icazə verilən hər bir təsərrüfatın məhsul partiyalarından AQTA tərəfindən qonur qırışıqlıq virusu üzrə müayinələr aparılacaq və müayinələrin nəticələrinə uyğun olaraq müvafiq sertifikatla təmin olunan sahibkarlıq subyektləri bu ölkəyə pomidor məhsulu ixrac edəcəklər.

Hazırda AQTA ilə Qazaxıstan Respublikasının müvafiq qurumları arasında müzakirələr davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam