Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsindən -ilk açıqlama

Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsindən ilk açıqlama

"Möhtərəm cənab Prezident, mənə bu etimadı göstərdiyinizə görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizin rəhbərliyinizlə müzəffər Ordumuzun şücaəti nəticəsində Şuşa şəhəri işğaldan azad olunandan sonra etdiyiniz tarixi çıxışınızda “Şuşa, biz səni dirçəldəcəyik!” şüarını səsləndirmisiniz".

Yenixeber.org: Bu fikirləri Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunan Aydın Kərimov Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul edilərkən çıxışı zamanı deyib.

"Bu şüar altında quruculuq işlərində iştirak etmək mənim üçün böyük şərəf və eyni zamanda, böyük məsuliyyətdir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın planlı və sistemli şəkildə yenidən qurulması, olduqca zəngin tarixi, mədəni irsinin bərpa edilməsi, sakinlərin rahat və əlçatan müasir məxsusi şəhər mühitində yaşamaları üçün qarşımda qoyduğunuz vəzifələrin, bütün tapşırıqlarınızın vaxtında və tələb etdiyiniz səviyyədə yerinə yetirilməsi üçün əlimdən gələni edəcəyəm. Bir daha təşəkkür edirəm, cənab Prezident", - A.Kərimov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam