Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması üçün yol xəritəsi tərtib edilməlidir -TƏLƏB!

 
Otuz ilə yaxın davam edən Dağlıq Qarabağ münqaişəsinin sülh yolu ilə həll olunmasında ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərəsiz oldu. Bu illər ərzində adıçəkilən qurum işğalçı ölkəyə “dur” demədi. Əvəzində müzəffər Azərbaycan ordusu əks-əməliyyatlara başlayıb, ərazi bütövlüyümüzü və beynəlxalq hüququ bərpa etdi. Bununla da Azərbaycan tərəfi haqlı olaraq Minsk qrupuna ehtiyacın qalmadığını bəyan etdi. Məğlubiyyətə uğrayan separatçı ölkə isə bu təşkilatın fəaliyyətini yenidən gündəmə gətirir.


Yenixeber.org: Elə ötənlərdə Ermənistan XİN başçısı Ara Ayvazyan İrəvanda həmsədr ölkələrin səfirləri ilə görüşərək onların fəaliyyətlərinin bərpasından danışıb. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-da yerləşən aparıcı beyin mərkəzi "Atlantic Council"in virtual formatda keçirilən müzakirəsində bu məsələyə toxunub. O, çıxışı zamanı ATƏT-in Minsk Qrupunun yeni reallığa uyğunlaşmalı olduğunu bildirib:

“Bu təşkilat 25 ildən artıq bir müddətdə münaqişənin həllinə real töhfə verə bilməyib. Artıq ATƏT-in Minsk Qrupunun bu münaqişə ilə bağlı keçmiş narrativləri işləmir, çünki regionda situasiya tamamilə dəyişib”.

Siyasi analitik Turab Rzayev məsələ ilə bağlı fikirlərini “Sherg.az”la bölüşüb. O diqqətə çatdırıb ki, münaqişənin nizamlanması üçün Minsk qrupunun töhfə verməsi önəmlidir. Çünki Minsk qrupu münaqişəni yekunlaşdırmasa, bu məsələ birbaşa Azərbaycan-Rusiya-Ermənistan arasında irəliləyəcək, müəyyən qədər Türkiyə müdaxilə etmiş olacaq:

“Məsələnin həlli ATƏT-in Minsk qrupuna tapşırılmışdı. İndiki halda razılaşmanın bu şəkildə olması Fransada ciddi narahatlıq yaradıb, Amerika da narazılıqlarını bildirir. Tramp hökumətinin vaxtında çox da etiraz olmadı. Yeni hökumətin dövlət katibi isə Qarabağla bağlı fərqli açıqlamalar verir. Çox yaxşı olardı ki, Minsk qrupu bu tənzimləməni təməlləşdirirərdi və məsələ daha detallı şəkildə yekunlaşıb, beynəlxalq hüquqi qüvvəyə minərdi. Amerika, Fransa, Rusiya həmçinin Minsk qrupunun sıravi üzvləri tərəfindən Ermənistanla Azərbaycan arasında bu münaqişənin sülhlə bitməsi yekun formada dəstəklənərdi. Həm bizə , həm Rusiyaya, həm də Türkiyəyə qarşı Dağlıq Qarabağ məsələsindən təzyiq atəşi kimi istifadə edilməzdi. Ermənistan da Qarabağın statusunu fərqli tanımağa cəhd göstərməzdi”.

T.Rzayev bildirib ki, Fransa rəhbərliyi E.Makron Minsk qrupunun kənara atılmasını Rusiya prezidenti V. Putinə şikayət etmişdi:

“Türkiyənin münaqişədəki rolu ilə bağlı da tənqidlər eşidirik. Bu məsələ gündəmdən çıxmalıdır. Sülh bəyanatından sonra Dağlıq Qarabağ münaqişəsinin böyük hissəsiylə əlaqədar məsələlər razılaşdırılıbsa, digər mövzulara uyğun daha aydın yol tərtib olunmalıdır. Bölgənin yekun statusunun necə olacağı aydınlaşdırılmalıdır.

V.Putin demişdi ki, bu gələcəyin məsələsidir. Əgər gələcəyin məsələsidirsə, dəqiq reallaşdırılan məsələlər də beynəlxalq statusa qovuşmalıdır. “Qarabağa status verilsin”, “Azərbaycan filan məsələyə görə sanksiya tətbiq edir” kimi fikirlər bizi düşündürməməlidir. Masadakı qələbəni ictimaiyyət təsdiqləsə, ölkədə heç bir problem olmaz. Ermənistan düşünür ki, Amerikanın yeni hökuməti və Fransa onların yanında olacaq, yazılan şərtlərin Ermənistanın lehinə tətbiq edilməsinə nail olacaqlar. İstənilən halda Azərbaycan öz mövqeyini bildirməlidir. Əgər Minsk qrupu “meydança“ya geri dönərsə, konkret iş üzərində çalışmalıdır".

T.Rzayev sonda diqqətə çatdırıb ki, Minsk qrupu Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması üçün yol xəritəsi tərtib edilməlidir:

"30 ildir ki, heç bir fəaliyyətləri olmadıqları açıq şəkildə bildirilməldir. ATƏT-in Minsk qrupu münaqişəyə nəzarət etmək istəyirsə, bəyanatda göstərilən bəndlərlə bağlı konkret yol xəritəsi hazırlamalıdır. Yəni həll olunan məsələlər yenidən qabardılmasın və nəticədə digər məsələlər öz həllini tapsın”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam