Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Belçikada -meyiti tapılan azərbaycanlının nəşi ölkəyə gətirilir

Belçikada meyiti tapılan azərbaycanlının nəşi ölkəyə gətirilir

Belçikada itkin düşdükdən bir neçə gün sonra meyiti tapılan Azərbaycan vətəndaşı Vüqar Rzanın nəşi Azərbaycana gətirlir.

Yenixeber.org: Onun nəşinin ölkəyə gətirilməsini Diasporla iş üzrə Dövlət Komitəsi təmin edib.

Dövlət Komitəsi meyitin gətirilməsinin maliyyə xərclərini öz üzərinə götürüb.

Qeyd edək ki, bir müddət əvvəl itkin düşdüyü üçün axtarışda olan Azərbaycan vətəndaşı Vüqar Rzanın meyiti yanvarın 18-də yaşadığı qaçqın düşərgəsinin yaxınlığındakı su kanalında aşkarlanıb. Məhkəmə-tibbi ekspertizasının ilkin qərarında onun hər hansı bir fiziki zərbəyə məruz qalmadığı qeyd olunub. Bədəninin şişməsi və göyərməsi isə suda uzun müddət qalması ilə əsaslandırılıb. Polisdən bildirilib ki, hazırda cinayət işi ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, əslən Azərbaycanın Kəlbəcər rayonundan olan V.Rza Şəkidə müəllim işləyirmiş. O, bir neçə il əvvəl Belçikaya gedib və bu ölkədən sığınacaq istəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam