Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bayden pandemiya ilə mübarizə üzrə -10 fərman imzalayacaq

Bayden pandemiya ilə mübarizə üzrə 10 fərman imzalayacaq

ABŞ prezidenti Cozef Bayden bu gün koronavirus pandemiyasına qarşı mübarizə üzrə 10 fərman imzalayacaq.

Yenixeber.org: Bu barədə “Reuters” agentliyi yeni ABŞ administrasiyasının nümayəndələrinin bəyanatına istinadən məlumat yayıb.

Yanvarın 20-də prezident kimi rəsmən fəaliyyətə başlayan Bayden ölkədə virusa yoluxanların və ölənlərin sayının getdikcə artdığını nəzərə alaraq, pandemiya ilə mübarizəni administrasiyasının yaxın gələcək üçün ən vacib prioriteti elan edib. Prezident, yaxın ətrafının dediyinə görə, hökumətin fəaliyyətinin effektivliyini nümayiş etdirmək və bununla da problemə münasibətinin Ağ Evdəki sələfi Donald Trampdan fərqləndiyini vurğulamaq niyyətindədir.

Daha əvvəl xəbər verilmişdi ki, Bayden qarşıdakı 100 gün ərzində bütün federal qurumlarda maska ​​rejiminin və sosial məsafə tədbirlərinə nəzarəti gücləndirmək, əhalinin COVID-19-a qarşı vaksinasiyası kampaniyasını gücləndirmək, həmçinin pandemiyaya qarşı digər tibbi və sosial addımlar atmaq niyyətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam