Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pakistan prezidenti Qarabağın azad olunması münasibətilə -Azərbaycanı təbrik edib

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Prezidenti Arif Alvi ilə görüşüb.

Yenixeber.org: “Dispatch News Desk” (DND) agentliyi xəbər verir ki, Ceyhun Bayramov Azərbaycanın bütün beynəlxalq forumlarda Kəşmir məsələsində Pakistanı dəstəkləməyə davam edəcəyini söyləyib.

Bundan əlavə, azərbaycanlı nazir Pakistana Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə görə təşəkkür edib. O, həm Pakistan, həm də Azərbaycanın ikitərəfli ticarət və mədəni əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malik olduğunu vurğulayıb.

Prezident Arif Alvi Pakistanın Azərbaycanla ümumi inanc və mədəni əlaqələrə əsaslanan münasibətlərini yüksək qiymətləndirdiyini qeyd edib.

O, Azərbaycan hökumətini və xalqını Dağlıq Qarabağın azad edilməsi münasibətilə təbrik edib və Pakistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib. Prezident Arif Alvi həmçinin ikitərəfli əmtəə dövriyyəsinin artırılmasının və iki ölkə arasında mədəni və ticarət əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam