Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukrayna -daha sərt karantin qaydaları tətbiq etdi


Ukraynada 24 yanvar tarixinə qədər sərt karantin rejimi təbiq olunacaq.
Yenixeber.org: Bu barədə Ukraynanın baş naziri Denis Şmixal məlumat verib. O, bu qərarı təhlükəsizlik naminə qış tətili adlandırıb. 

Ukraynada, Nazirlər Kabinetinin 9 dekabr 2020-ci il tarixli qərarına əsasən, ölkədə sərt karantin rejimi çərçivəsində uşaq bağçaları xaric, bütün məktəblər bağlanacaq. Restoranlar və kafelər yalnız çatdırılma xidməti göstərəcək. 
İctimai nəqliyyat normal şəraitdə işləyəcək, lakin mədəni, idman, ictimai kollektiv tədbirlər təşkil olunmayacaq. Bundan əlavə ticarət mərkəzləri, idman zalları, hovuzlar, kinoteatr, teatr və gecə klubları bağlı olacaq.
Apteklər, marketlər, yanacaqdoldurma məntəqələri, gigiyena vasitələri satan mağazalar, səhiyyə müəssisələri və maliyyə xidmətləri göstərən müəssisələr də açıq olacaq.
Qeyd edək ki, qərara əsasən ölkədə sərt karantin rejimi bu gündən tətbiq edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam