Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TƏBİB: -Vaksinin birinci dozası vurulduqdan 14-21 gündən sonra ikinci doza vurulacaq

“Azərbaycana gətiriləcək peyvənddə böyük ümid bağlayırıq. Amma hər kəs başa düşməlidir ki, vaksin belə sehrli çubuq deyil”.

Yenixeber.org: Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Mütəxəssis qeyd edib ki, bir insan peyvənd vurdurursa onun bədənində immunitet hələ inkişaf etməyə başlayacaq:

“Misal olaraq, birinci doza vurdurduqdan 14-21 gündən sonra ikinci doza vurulacaq. İkinci dozadan sonra bəlli anticisimlərin əmələ gəlməsini gözləyəcəyik. Bu, o deməkdir ki, çətin olsa da, bir müddət vaksinasiya prosesindən sonra da tibbi maska istifadə edilməli, əl gigiyenası və sosial məsafəni saxlamaq qaydasına ciddi əməl edilməlidir. Hamı əlbir olub özümüzü qorumalıyıq. Çünki birinci dozanı alıb ikinci doza alana qədər, yəni onda immunitet yaranana qədər təhlükədə olacaq. Ona görə də hər kəs bu məsələyə ciddi yanaşmalıdır”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam