Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“YAŞAT” şəhid ailələri və qazilərin ehtiyaclarını qarşılamağa davam edir - FOTOLAR

"YAŞAT" Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlarına üz tutmaqla bərabər, bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını qarşılamağa davam edir.
Yenixeber.org: Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Şəhid İbrahimov Xeyrulla Mais oğlunun xaricdə təhsil alan övladının təhsil haqqı, şəhid Mirzalıyev Kamal Əjdər oğlunun ailəsinin isə məişət şəraitinin yaxşlaşdırılması “YAŞAT” Fonduna edilən ianələr hesabına qarşılanıb.

İrihəcimli yardımlar da davam edir. Belə ki, müalicələri davam edən qazilərimiz üçün “GİGER” tibbi reabilitasiya avadanlığı alınıb. Müvafiq avadanlıq gün ərzində 35-40 qazimizin müalicəsi üçün istifadə olunur.

Bu günə qədər 2706 şəhidin 11 mindən çox ailə üzvü və 100-dək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Şəhid ailələrinin ehtiyacları ilə bağlı aparılan təhlillərin nəticəsi olaraq 1472 şəhid ailəsinin 1772 nəfər ailə üzvünə Fond tərəfindən ödənişlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, 534 şəhid ailəsinin 737 ailə üzvünün tibbi müalicə xərclərinin, 313 şəhid ailəsinin 410 ailə üzvünün borc öhdəliklərinin və 25 şəhid ailəsinin 25 ailə üzvünün təhsil haqqının ödənilməsinə, o cümlədən təhsil ilə bağlı bəzi xərclərin qarşılanmasına, eyni zamanda 600 şəhid ailəsinin məişət şəraitinin yaxşılaşdırılmasına (evin təmiri və istilik sisteminin təminatı) başlanılıb. Həmçinin yeni alınmış avadanlıq vasitəsilə 40-dan çox yaralının müalicəsi aparılır, 8 yaralıya isə mütəxəssislər tərəfindən təyin olunmuş cihazlar təqdim edilib ki, həmin avadanlıq və cihazlar vasitəsilə onların əlilliyinin aradan qaldırılması təmin olunur.

Yardımlar barədə ətraflı hesabat Fondun yaxın günlərdə istifadəyə veriləcək portalında yerləşdiriləcək.

Müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının qarşılanması davam etdiriləcək. Xatırladaq ki, Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. "YAŞAT" Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar.

"YAŞAT" Fondunun bank rekvizitləri ilə BURADAN tanış olmaq mümkündür.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam