Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ceyhun Bayramov Qarabağın bərpasını müzakirə etdi - FOTOLAR

 

Dekabrın 29-da xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, BMT İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas və Dünya Bankının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin vəzifələrini icra edən Səidə Bağırlı ilə görüşüb.
Yenixeber.org: Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə münaqişə sonrası bərpa, minalardan təmizlənmə işində Azərbaycana dəstəyin göstərilməsi məsələləri müzakirə edilib.

BMT, Aİ və Dünya Bankının nümayəndələri mövcud olan “Bərpa və Sülh quruculuğunun qiymətləndirilməsi” metodologiyasına uyğun olaraq Azərbaycan Respublikasının münaqişənin təsirinə məruz qalmış əraziləri, o cümlədən Dağlıq Qarabağda müvafiq qiymətləndirmənin aparılması, hesabatın hazırlanması və tövsiyələrinin Azərbaycan tərəfi ilə bölüşülməsinə hazır olduqlarını ifadə ediblər.

Tərəflər mövzu üzrə ətraflı fikir mübadiləsi aparıblar.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam