Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

İtkin düşən erməni əsgərinin atası: -“Azərbaycanlılara müraciət edəcəyəm”

İtkin düşən hərbçilərin qohumları Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüblər.

Yenixeber.org: Valideynlərdən biri jurnalistlərlə söhbətində hökumətin işinin qənaətbəxş olmadığını vurğulayıb. Onun sözlərinə görə, görüşdə ciddi narahatlıqlarına cavab almayıb.

“Valideynlər suallarına cavab almaq üçün toplaşsalar da, ən azı 70 faiz suallarımıza cavab almamışıq. Hökumətin işi məni qane etmir. Belə getsə, azərbaycanlılarla danışıqlara gedəcəyəm”, – deyə itkin düşən hərbçilərdən birinin atası deyir.

Onun sözlərinə görə, itkin düşən əsgərlərin axtarışında şəxsən iştirak edib və hətta azərbaycanlılarla görüşüb.

İtkin düşmüş erməni əsgərlərinin valideynlərinin hökumətə bir sıra sualları var. Onlardan biri itkin düşənlərlə, digəri ölən hərbçilərin qalıqlarının axtarışı və çıxarılması ilə bağlıdır. Növbəti sual DNT analizi üçün avadanlıqların çatışmazlığı ilə əlaqədardır.

Qeyd edək ki, Ermənistan mətbuatı bir gün əvvəl itkin düşmüş hərbçilərin yaxınlarının səhər tezdən hökumət binasının qarşısına toplandığını yazmışdı. Onlara Baş nazirin müavini Tiqran Avinyanla görüşmək təklif edilmişdi, lakin hökumət rəhbəriylə görüş tələbilə təklif rədd edilmişdi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam