Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanın ən böyük 3-cü SES-i Azərbaycanın nəzarətinə keçdi –ABŞ şirkəti 180 milyon dollara almışdı…

 

Xəbər verdiyimiz kimi, Qubadlı rayonu ilə Ermənistanın Gorus rayonunun sərhədində yerləşən Vorotan qəsəbəsinin bir hissəsi Azərbaycan ərazisi olduğundan ermənilər dünən oranı tərk ediblər.
Yenixeber.org: Bu gün “Hraparak” (“Meydan”) qəzetinə açıqlma verən Vorotan qəsəbəsinin bələdiyyə sədri Surik Ohancanyan Vorotan çayının sol sahilində Azərbaycan bayrağının dalğalandığını deyib.
Bələdiyyə sədri bildirib ki, bu mövqedə "Tatev" SES, Gorus-Qafan yolunun 4 km uzunluğundakı hissəsi yer alır. Bələdiyyə sədri deyib ki, qardaşına məxsus ev də Azərbaycan tərəfində qaldığı üçün oranı tərk etməli olub.
Məlumat üçün bildirək ki, “Tatev” SES Vorotan çayının üzərindəki Vorotan şəlaləsinin aşağı hissəsində yerləşir. Vaxtı ilə Ermənistanda üçüncü ən böyük su elektrik stansiyası olub. Su elektrik stansiyasının ilk hidroelektrik bloku 1970-ci ildə işə salınıb. SES-in gücü 157,2 MW, orta illik istehsal gücü 670 milyon kilovat-saatdır. “Tatev SES” Ermənistanın enerji sistemində son dərəcə vacib rol oynayıb. 2015-ci ildə stansiyanın sahibi olan “Vorotan Kaskad SES” “Tatev” SES-I Amerikanın “ContourGlobal” şirkətinə 180 milyon dollara satıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam