Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Prezident təbriklərə görə təşəkkür etdi -FOTO+VİDEO

 

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğum günü münasibətilə onu təbrik edən şəxslərə təşəkkürünü bildirib.
Yenixeber.org: Məlumata görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində bununla bağlı video paylaşıb.

Dövlət başçısı bildirib: “Doğum günü münasibətilə mənə çoxsaylı təbriklər, məktublar göndərilir. Bütün bu təbrikləri göndərən insanlara təşəkkürümü bildirirəm.

Heç vaxt öz doğum günümü qeyd etməmişəm. Həmişə doğum günümdə məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşmüşəm.

Bu il isə doğum günü ərəfəsində Mehriban xanımla birlikdə işğaldan azad edilmiş torpaqlarda – Zəngilan, Qubadlıda olmuşam. Əgər belə demək mümkündürsə, bu günü əsgərlərlə qeyd etmişəm.

Bu gün ailə üzvlərimlə birlikdə Bakıdayam. Bu dəfə də heç bir qeydetmə olmayacaq. Heç nəyi qeyd etməyəcəyik. Sadəcə olaraq, özümüz oturub söhbətləşəcəyik, danışacağıq.

2020-ci il başa çatır. Bu il bizim üçün çox uğurlu olub. Tarixi qələbə, zəfər çalmışıq, torpaqlarımı işğalçılardan azad etmişik. Eyni zamanda, kədərli il olub, şəhidlər vermişik. Gənc övladlarımız Vətən, torpaq uğrunda həlak olub, şəhidlik zirvəsinə ucalıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların yaxınlarına Allah səbr versin! Allah bütün yaralı hərbçilərimizə şəfa versin!

Əminəm ki, bundan sonrakı illər də ölkəmiz üçün uğurlu olacaq. Azərbaycan inkişaf, tərəqqi yolu ilə gedəcək. Dağıdılmış şəhər və kəndlərimiz bərpa ediləcək. Gələn ildən böyük quruculuq işləri başlanır.

Əminəm ki, Azərbaycan xalqı bu quruculuq işlərində müharibə dövründə olduğu kimi, birlik, həmrəylik göstərərək öz böyüklüyünü bütün dünyaya bir daha göstərəcəkdir.

Əziz bacı, qardaşlarım! Bir daha təbriklərə görə təşəkkürümü bildirirəm. Sizi qarşıdan gələn Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm.

Qarabağ Azərbaycandır!”.




Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam