Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Paşinyan -mühafizəçilərinin sayını artırdı

Paşinyan mühafizəçilərinin sayını artırdı
Bu gün Ermənistan hökumətinin təşkil etdiyi anım marşına baş nazir Nikol Paşinyanın da qatılması erməni ictimaiyyətində ciddi narazılıq yaradıb.
Yenixeber.org: Ermənistan KİV-ləri sadə ermənilərin Respublika meydanından Yerablura qədər təşkil olunan yürüşə baş nazirin də qatılmasına kütləvi şəkildə etiraz etdiyini yazırlar. Onlar Paşinyana ölkənin bir nömrəli satqını və minlərlə ölü əsgərin qatili kimi baxdıqlarını gizlətmirlər. Həmçinin, qeyd edilir ki, hökumətin təşkil etdiyi anım yürüşünə minlərlə dövlət işçisi məcburi qaydada cəlb edilib. Həmin şəxslər yürüşə qatılan baş nazirin adını qışqıraraq alqışlayıb, müəyyən şüarlar səsləndiriblər. Jurnalistlərin diqqətini baş nazirin öz mühafizəsini xeyli artırması da çəkib:

“Yürüşdə baş nazirlə yanaşı Parlamentin sədri Ararat Mirzoyan, hökumət üzvləri, qubernatorlar, deputatlar da aktiv iştirak ediblər. Nikol Paşinyan hökumət binasını böyük sayda mühafizəçilərin müşayəti ilə tərk etdi. Onun yanında böyük qızı Məryəm Paşinyan var idi”.



Xatırladaq ki, səhər sosial şəbəkələrin erməni seqmentində hökumətin yürüş iştirakçılarının sayını artırmaq, baş nazirin tərəfdarlarının çox olduğunu göstərmək üçün müəyyən vasitələrə əl atması barədə foto və videolar paylaşılırdı. İddia edilirdi ki, dövlət qurumlarının işçilərini- Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polisləri, mülki geyimli hərbi qulluqçular toplamaq üçün ölkənin hər yerinə xüsusi avtobuslarla göndərilib və onlar toplanaraq yürüş yerinə gətiriliblər. Bundan əvvəl isə ölən hərbçilərin yaxınları, saat 11-də Yerablurda toplaşmışdılar. Onlar Paşinyanın Yerablura girməsinə mane olacaqlarını deyərək baş nazirin müharibə qurbanlarının xatirəsini ləkələmək haqqının olmadığını demişdilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam