Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Daha -5 siyasi partiya ofislə təmin olundu

Daha 5 siyasi partiya ofislə təmin olundu
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, normal fəaliyyətin təmin edilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir.
Yenixeber.org: Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 16 dekabr tarixində daha 5 siyasi partiyaya ofis sahələrinin açarlarını təqdim edib. AĞ Partiya, Böyük Azərbaycan Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Həmrəylik Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son günlərdə artıq 10 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin olunub.

Yaxın vaxtlarda digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam