Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tehran Mənsimovdan açıqlama: -“Şayiələrə fikir verməyin”

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunun “Azərbaycan bayrağı” Ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Yenixeber.org: Sərəncamla təltif olunanlar sırasında Şuşa şəhərinin azad edilməsində fərqlənmiş xüsusi təyinatlı qüvvələrin polkovniki Tehran Mənsimovun da adı var.

Azərbaycan Ordusunun fədakar zabitlərindən olan polkovnik Tehran Mənsimovun atası, Qusar şəhər sakini Cavid Mənsimov oğlunun Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülməsini eşidəndə çox sevindiyini deyib: 

“30 ildir orduda qulluq edən oğlumun yüksək mükafata layiq görülməsini eşidəndə çox fərəhləndim. Cənab Ali Baş Komandanımız İlham Əliyevə çox təşəkkür edirəm.Vətən və Vətənin igid oğulları sağ olsun".

Hazırda Naxçıvanda -işinin başında olan polkovnik Tehran Mənsimov da yüksək təltifə görə Azərbaycan Prezidenti İlham Əliyevə sonsuz təşəkkürünü bildirib. Son günlər barəsində yayılan xəbərləri əsassız hesab edən Tehran Mənsimov “Şayiələrə fikir verməyin”, - deyərək Azərbaycan Ordusunda bundan sonra da şərəflə qulluq edəcəyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam