Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabah bu ərazilərdə qaz olmayacaq

Dekabr 15-də “Qaz İxrac” İdarəsinin balansında olan “Qaradağ-Xırdalan-Digah” magistral qaz kəmərinin 12,3-cü km-də təmir işləri aparılacaq.
Yenixeber.org: “Azəriqaz” İB-dən verilən məlumata görə, belə ki, 8 dekabr tarixində yük maşını tərəfindən zədələnmiş kəmərin 6 metrlik hissəsində və dayaqlar üzərindən düşmüş 30 metrlik hissəsində vacib təmir işlərinin aparılmasına zərurət yaranıb. Bu işlər görülmədiyi təqdirdə yüksək təzyiqli qaz xəttinin istismarı dövründə təhlükəli durum yaşana bilər.

Buna görə də 15 dekabr səhər saat 09:00-dan işlər başa çatanadək bir neçə Qaz Paylayıcı Stansiyadan (QPS) qaz təchizatının müvəqqəti olaraq dayandırılması gözlənilir. Bu müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri Mexkolon yaşayış massivi, Novxanı kəndi və bağlar ərazisi, Mehdiabad, Qobu, Daş Güzdək qəsəbələri, Binəqədi rayonu Biləcəri, Rəsulzadə qəsəbələri, Binəqədi kəndi, Gülüstan yaşayış massivi, 6, 7, 8, 9-cu mikrorayonlar, Xutor yaşayış massivi, Mədən ərazisi, Baksol yolu, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev, Xıdır Mustafayev küçələrində, Səbail rayonu, Salyan yolu, Bibi Heybət, Badamdar qəsəbəsi 3-cü massiv ərazisində, Qaradağ rayonu Lökbatan qəsəbəsi və Sədərək ticarət mərkəzinin yaxınlığında xarici dairəvi yolun kənarında fərdi yaşayış evlərinin qaz təminatında qısa fasilələr olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam