Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Anna Akopyanın bu fotoları qalmaqal yaratdı

Bu gün Ermənistan mətbuatı və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri baş nazir Nikol Paşinyanın həyat yoldaşının xoşagəlməz davranışları olub.
Yenixeber.org: Ölkənin tanınmış ictimai-siyasi fəalları Paşinyanın həyat yoldaşı Anna Akopyanı ölən əsgərlərin ailələrinə hörmət etməməkdə ittiham ediblər. Buna səbəb Annanın ağlayan əsgər anasının yanında gülümsəyərək oturması və yas mərasiminə toya gedirmiş kimi bijuteriyalarla bəzənib, ağ geyimdə gəlməsidir.

İrina Danielyan yas məclisindən olan qalmaqallı fotonu paylaşaraq yazıb: “Bu qadının həyasızlığının həddi-hüdudu yoxdur. Fotoda nəyə görə sevindiyini, niyə belə geyindiyini bilirmi? Toyla yası qarışıq salıb. Əlləri oğlanlarımızın qanına batan biri ölmüş əsgərin evinə getməkdən niyə zövq alır? Digər şəkillərə baxa bilmədim. Bəli, getməsin o evlərə. Ona baş nazirin arvadı olduğunu söyləyin, özünü qaraçı kimi aparmasın...”



Digər ictimai fəal Marina Manuçaryan isə qeyd edib: “Anna Akopyan minlərlə oğlanın qanında dəfn edilib. Onun komanda məntəqəsinin olduğu bunkerdə keçirdiyi hər saniyə bir əsgərimizin həyatı bahasına başa gəldi. Hər bir müdaxiləsi, əmri əsgərin həyatına son qoydu. Onun Xankəndi ətrafında olan hər bir hərəkəti neçə insanın həyatı bahasına başa gəldi. Və bu gün mələk maskası ilə ölmüş əsgərlərin ailələrinə narahatlıq yaratmasın”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam