Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Fransadakı aksiyalarda 60-dan çox polis yaralanıb

           Ötən gün Fransada keçirilmiş etiraz aksiyalarında 60-dan çox polis əməkdaşı xəsarət alıb.
Yenixeber.org: Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, 62 polis yaralanıb. Onlardan 23-ü paytaxt Parisdə, digərləri isə Fransanın bölgələrindəki aksiyalarda xəsarət alıblar.

Qeyd edək ki, Fransada “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı etirazlar davam edir. Ötən gün 130 mindən çox insan aksiyalara qoşulub. Parisdə polis əməkdaşları aksiyanı dağıtmaq üçün zorakılığa əl atıb. Belə ki, polislər xəbərdarlıq etmədən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Nəticədə etirazçılarla polislər arasında qarşıdurma yaşanıb.

Məlumat üçün bildirək ki, “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə əsasən, xidmət zamanı polis və jandarma əməkdaşlarının görüntülərini lentə almaq qadağan edilir. Qadağanı pozan şəxslər üçün cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam