Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Parisdəki kütləvi iğtişaşlarda xəsarət alanlar var -VİDEO

         Fransada “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı etiraz aksiyaları davam edir.

Yenixeber.org: Respublika meydanından başlayan aksiyada 50 minə yaxın insan iştirak edib. Nümayişlər ölkənin bir çox şəhərlərində keçirilib.
Parisdə polis əməkdaşları aksiyanı dağıtmaq üçün zorakılığa əl atıb. Belə ki, polislər xəbərdarlıq etmədən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Nəticədə etirazçılarla polislər arasında qarşıdurma yaşanıb. İnsident zamanı xəsarət alanların olduğu bildirilir.



Məlumata görə, 40-dan çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında polislər də var.

Qeyd edək ki, “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə əsasən, xidmət zamanı polis və jandarma əməkdaşlarının görüntülərini lentə almaq qadağan edilir. Qadağanı pozan şəxslər üçün cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulub.

Etirazçıların fikrincə, yeni qadağa polis zorakılığının artmasına və mətbuat azadlığının məhdudlaşdırılmasına səbəb olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam