Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Təfəkkür Universitetinə lisenziya verilmədi

 

Müşafiq Atakişiyevə mayın sonuna kimi vaxt verilib, tələbələrin taleyi isə sual altındadır

"Xeberinfo.com":  Məlumata görə, Təfəkkür Universitetinin rəhbərliyi ali məktəbin fəaliyyət müddətini artırmaq üçün lisenziya ala bilmir. JAM.AZ-a verilmiş məlumatda vurğulanırdı ki, rektor Müşfiq Atakişiyev hətta yaxın ətrafına bildirmişdi ki, əlində 5 milyon dollar olsa da, Təhsil Nazirliyindəki adamı məsələni həll edə bilmir. 

Bir neçə gün bundan əvvəl isə bu məsələ ilə bağlı yeni xəbər gündəmə gəlib. JAM.AZ-a verilən bilgilərdə qeyd olunur ki, Təfəkkür Universitetinə yeni müddət üçün lisenziya verilməyəcək. Təhsil Nazirliyində keçirilən müşavirədən sonra çıxarılmış qərara əsasən sözügedən universitet yeni tədris ili üçün tələbə qəbulu həyata keçirə bilməyəcək. Artıq TQDK-ya da bununla bağlı yazılı məktub göndərildiyi deyilir. 

Bundan əlavə, universitetdə təhsil alan tələbələrin də taleyini araşdırmalardan sonra aydınlıq gətiriləcək. Belə ki, ali məktəbdə TQDK xətti ilə oxuyanlarla yanaşı, həm də Atakişiyevin əsas gəlir yeri olan filiallardan da «köçürülən»lər də var. Elə əsas problem də bununla bağlıdır. Təhsil Nazirliyinin təlimatına əsasən yalnız TQDK xətti ilə qəbul olunmuş tələbələr ayrı-ayrı universitetlərdə təhsillərini davam etdirəcəklər. «Köçürülən»lər isə yenidən TQDK xətti ilə imtahan verərək, təhsillərinə davam edə biləcəklər. Yəni, qəbul olunanlar oxuya biləcəklər. 

JAM.AZ-a verilən məlumatda deyilir ki, Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev lisenziya müddətini uzada bilməməsi ilə bağlı məlumatı hamıdan gizlətməyə çalışır. Eyni zamanda, Təhsil Nazirliyinə təsir edə biləcək şəxs axtarışına da çıxıb. Amma onun bu axtarışlarının fayda verəcəyi inandırıcı görünmür. Çünki rektorun «tələbə köçürməsi» məsələsində keçmiş havadarlarına da bəzi yalanlar satdığı xəbəri sektorda hamıya məlumdur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam