Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Təfəkkürrdən yeni xəbərlər var-YENİLƏNİB!

 

Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının “tələbələri” Təfəkkür Universitetinə “perevod” olunur?

Təfəkkür Universiteti “krışa”sını dəyişib

“Xeberinfo.com”: Redaksiyamıza Təfəkkür Universiteti ilə bağlı yeni məlumatlar daxil olmaqdadır. Bu məlumatları ötənlərdə yazdıqlarımızın davamı da hesab etmək olar. Söhbət müəyyən qanunsuzluqlarla müşahidə olunan əməliyyatlardan gedir. Bu dəfə yeni “perevod” dalğasından...

Bu faktlar Təfəkkür Universiteti ilə bağlı heç də yeni deyil. İllərdir ki, ara-sıra müxtəlif mətbu orqanlarda bu mövzuda yazılara rast gəlinir. Ukraynanın, Rusiyanın məşəyi bilinməyən ali məktəblərindən Təfəkkürə “perevod”lar haqqında o qədər yazılıb ki, artıq bununla heç kimi təəccübləndirmək olmaz.

Bu istiqamətdə “xeberinfo.com”a daxil olan məlumatda isə “perevod”ların artıq xaricdən deyil, ölkə daxilində gerçəkləşməsindən bəhs olunur. Məlum olduğu kimi, ötən ilin sentyabrındaTəhsil Nazirliyinin Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialında apardığı araşdırmalardan sonra bu təhsil müəssisəsinin fəaliyyətinə xitam verildi. Səbəb kimi isə kütləvi şəkildə saxta yolla tələbə qəbulunun olması göstərildi.

Məlumata görə bundan sonra aldandıqlarının fərqində olan bu “tələbə”lərin valideyinləri filial rəhbərliyinin üzərinə gediblər. Prosesdə iştirakçı olan məsuliyyət sahibləri də narazıları sakitləşdirməklə bərabər, vəziyyətdən çıxış yolu aramaqdadırlar. Sən demə çıxış yolu kimi isə ilk ağıllarına gələn Təfəkkür Universiteti olub. Artıq bu yöndə müəyyən addımların atıldığı da deyilir. Baxmayaraq ki, tədris ilinin indiki dövründə “perevod” çətin mümkün olur, amma baxır kimin üçün. Necə deyərlər “bu işdə bişmiş adam üçün nə var ki”.

Söhbət 500-ə yaxın “tələbə”nin taleyindən gedir . İndi keçmış filialın keçmiş rəhbərliyi bu “tələbə”lərin müxtəlif ali məktəblərə yerləşdirilməsi ilə məşğuldur. Belə ki, “xeberinfo.com”a verilən məlumata görə 400-dən artıq “tələbə”nin Təfəkkür Universitetinə “perevod”u gözlənilir. Bu istiqamətdə ilkin “razılığ”ın əldə olunduğu, universitet rəhbərliyi ilə “ortaq məxrəc”ə gəlindiyi də bildirilir: 4000-5000 civarında. Maraqlıdır ki, tərəflər bu prosesi Təhsil Nazirliyinin xətti ilə həyata keçirib, buna hasısa hüququ don da geyindirməyə çalışırlar.

  Qarşıdakı günlərdə bu proseslə bağlı detalları incələməyə çalışacağıq.

 Təfəkkür Universiteti ilə bağlı aldığımız başqa bir məlumat isə bu təhsil müəssisəsinin “krışa”sının dəyişməsi, daha doğrusu dəyişdirilməsi ilə bağlıdır. Məlumata görə artıq məlum səbəblərdən hətta Azərbaycan Beynəlxalq Universitetini geridə qoyan, Təfəkkürlə bağlı yuxarı dairələrdə müzakirələrdə müəyyən nəticəyə gəlinib. Kütləvi özbaşınalıqlara son qoymaqdan ötrü Təfəkkürün nüfuzlu bir ziyalının kurasiyasına verilməsi qərara alınıb. Bu şəxsin kimliyi bizə məlum olsa da, hələlik açıqlamağı uyğun bilmirik. Bircə onu deyə bilərik ki, Milli Məclisdə komitə sədridir. Bu şəxsin Təfəkkürü ələyib, önə çıxara biləcəyi isə zamanın işidir...

 

 

Adil


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam