Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistan ordusunun acınacaqlı vəziyyəti - VİDEO

İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistanda ordu ilə bağlı problemlər səngimir.
Yenixeber.org: Ermənistan rəhbərliyi məğlub ordunun problemləri ilə maraqlanmır, yaralı əsgərlər isə taleyin ümidinə buraxılıb.

“Müharibə bitsə də ay yarım döyüşən əsgərlər bu gün ölkənin hərbi-siyasi rəhbərliyinin biganəliyi ilə üz-üzə qalıblar. Hökumətin əsgərlərə göstərdiyi acınacaqlı münasibəti əks etdirən görüntülər yayılıb. 44 gün davam edən müharibədən sonra bir çox hərbçi, o cümlədən çox sayda yaralı çağırışçı heç bir şəraiti olmayan yerdə yatır. Əsgərlərin qaldığı binalarda istilik və elektrik yoxdur. Hətta onlar beton üzərində yatırlar. Bu, hakimiyyətimizin təhlükəsizliyimizin qarantı olan əsgərə olan münasibətidir”, - deyə erməni mətbuatı yazıb.



Sosial şəbəkələrdə paylaşılan video etirazla qarşılanıb. Erməni istifadəçilər ordunun acınacaqlı vəziyyətə düşməsinə görə ölkə rəhbərliyini, şəxsən baş nazir Nikol Paşinyanı ittiham edirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam