Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əsir düşmüş əsgərlərimizi xilas etmək üçün kampaniya başladılıb -VİDEO

 

 Noyabrın 12-də “ANNA News” YouTube kanalında azərbaycanlı əsirə (Amin) rus jurnalisti tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video  paylaşılıb.

Yenixeber.org: Həmin materialda Aminin erməni hərbçisinin söyüşünə cavab verməsi də görünür. Sözügedən video ermənilər tərəfindən azərbaycanlı hərbçilərə münasibətdə humanizm kimi təqdim olunub.

Bir neçə gün sonra sosial şəbəkələrin erməni seqmentində daha bir video paylaşıldı.

Bu video materialda Aminin mikro avtobusda (tibbi yardım maşını olduğu ehtimal edilir) erməni hərbçilər tərəfindən işgəncələrə məruz qalması görünür. 

Ermənistan tərəfi əsir götürülmüş azərbaycanlı hərbçilər arasında Amin və Bayram adlı şəxslərin olmadığını iddia edir.

Belə halda biz Amin və Bayramın həyatını xilas etmək üçün sosial şəbəkələrdə müvafiq olaraq #bringbackAmin və #bringbackBayram həştəqi ilə kampaniya başladılmasına qərar verilib.

Məsələnin araşdırılması üçün paralel olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinə fərdi müraciətlər (email və ya tag formasında) olunmalıdır. Problem geniş işıqlandırıldıqdan sonra ermənilər Amin və Bayramın taleyi barədə məlumat verməyə məcbur olacaqlar.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam