Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Xankəndində -qurumlararası humanitar mərkəz fəaliyyətə başlayıb

Xankəndində qurumlararası humanitar mərkəz fəaliyyətə başlayıb

Xankəndindəki Qurumlararası Humanitar Yardım Mərkəzi tam şəkildə fəaliyyətə başlayıb.

Yenixeber.org: Bu barədə Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzinin rəhbəri general-polkovnik Mixail Mizintsev bildirib.

Mərkəzin əsas vəzifələri daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların geri qaytarılması, mülki infrastrukturun bərpasına kömək və əhalinin normal həyatı üçün şəraitin yaradılması, Rusiya dövlət orqanlarının və təşkilatlarının hərbi əməliyyatların aparıldığı ərazilərin sakinlərinə humanitar yardım göstərilməsi üçün fəaliyyətlərinin koordinasiyasıdır.

Mərkəz həmçinin Azərbaycan və Ermənistanın dövlət qurumlarına beynəlxalq humanitar təşkilatlarla qarşılıqlı əlaqələrin təşkilində yardım edəcək.

“Mərkəzin əsası digər federal icra orqanlarının cəlb edilməsi ilə Müdafiə Nazirliyinin bölmələrindən ibarətdir”, - Mizintsev deyib.

Noyabrın 19-da Qarabağda humanitar məsələlərin həlli üçün daha 5 mərkəz yaradıldığı elan edilib.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağda tam atəşkəs qüvvəyə minib.

Atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Dağlıq Qarabağ münaqişəsi zonasında 1 960 hərbçi, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika miqdarında Rusiyanın sülhməramlı kontingenti yerləşdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam