Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çin Sumqayıta tibbi yardım göndərdi - FOTOLAR

 

 Çin Xalq Respublikasının Mienyen şəhəri COVID–19 pandemiyası ilə mübarizə çərçivəsində Sumqayıt şəhərinə tibbi humanitar yardım göndərib. Humanitar yardıma xüsusi qoruyucu vasitələr daxilir.
Yenixeber.org: Mienyen şəhərindən göndərilən tibbi ləvazimatlar bu gün Azərbaycan Hava Yollarının Karqo Terminalına çatıb. Tibbi ləvazimatlar dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib.

Sumqayıt şəhər 1 nömrəli şəhər xəstəxanasında humanitar yardım qəbul olunub. Tibbi ləvazimatlar şəhərdəki tibb müəssisələrinə paylanılacaq və koronavirusla mübarizədə istifadə olunacaq.



Humanitar yarımın qəbulu zamanı vurğulanıb ki, Çin ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir və ölkə başçıları tərəfindən əsası qoyulmuş siyasi dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaratmışdır. Dövlət başçılarının dostluq münasibətləri və qarşılıqlı etimadı ölkələrimizin müxtəlif istiqamətlərdə əməkdaşlığının dərinləşməsinə böyük imkanlar açır.



Qeyd edək ki, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatlar göndərilmişdi. Humanitar yardıma görə Mienyen sakinləri və şəhər rəhbərliyi Sumqayıt şəhər İcra Hakimiyyətinə təşəkkür məktubu da ünvanlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam