Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Le Temps”: -Kəlbəcərdə onlarla ev yanır

“Le Temps”:  Kəlbəcərdə onlarla ev yanır
Kəlbəcərdə onlarla ev yanır.
Yenixeber.org: Bu sözlər İsveçrənin “Le Temps” qəzetində dərc olunan məqalədə yer alıb. Məqalədə Ermənistan hökumətinin vaxtilə şirnikdirici vədlərlə erməniləri Kəlbəcərdə qanunsuz məskunlaşdırmasından söz açılıb.

Məqalədə Kəlbəcərdə məskunlaşmış və hazırda oranı tərk edən ermənilərlə aparılan söhbətlər zamanı onların müxtəlif vədlərlə buraya gətirildiklərini bildiriblər. Marut adlı erməni yaxınlıqda yanmış evi göstərərək, qonşusu Aleksin əvvəllər İtaliyada yaşadığını və erməni hökumətinin köməyi ilə Kəlbəcərə gəlib məskunlaşdığını deyib. Hacik adlı digər erməni isə əvvəllər Avstraliyada yaşadığını etiraf edib.

“Le Temps”ın jurnalisti Kəlbəcərdə vəziyyəti təsvir edərək, ermənilərin hər şeyi söküb apardığını, evləri yandırdığını və ağacları kəsdiyini yazıb.

Qeyd edilir ki, əldə edilmiş razılaşmaya görə Kəlbəcər Azərbaycana təhvil verilir. Rəsmi Bakı rayonu boşaltmaq üçün Ermənistana noyabrın 25-dək vaxt verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam